12:17
819
Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası ölkəmizdə yaşayan bütün xalqların və bütün dinlərin nümayəndələrinin birliyini göstərən çox gözəl bir ənənədir.
Bunu Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) jurnalistlərə açıqlamasında deyib.
“Hazırda çox mürəkkəb bir dövrdə yaşayırıq. Beynəlxalq arenada yalnız gərginlikləri deyil, həm də insan tələfatına səbəb olan birbaşa hərbi qarşıdurmaları müşahidə edirik. Belə bir vəziyyətdə respublikamız, cəmiyyətimiz və dini təşkilatlarımız müxtəlif millətləri və müxtəlif dinləri birləşdirən unikal birlik nümayiş etdirir. Buna görə də mənim üçün bu gün burada olmaq və bu aksiyada iştirak etmək böyük şərəfdir”, - o vurğulayıb.