KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
18:37
497
2026-cı ilin birinci yarımilində qeydə alınan cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 0,9 faiz, qeyri-hərbi cinayətlərin sayı isə 4,9 faiz azalıb.
Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin birinci yarımili ilə müqayisədə 2026-cı ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 21,2, qulluğa səhlənkar yanaşma cinayətləri 9,1, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələbetmə cinayətləri 75, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 16,7, xuliqanlıq cinayətləri 71,4, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz azalıb.
18:13
623
15:00
1 001
13:51
1 008