Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Xırdalanda çoxmərtəbəli yaşayış binasının sakinlərinə sənəd verilib

Xırdalanda çoxmərtəbəli yaşayış binasının sakinlərinə sənəd verilib Hadisə

Xırdalanda çoxmərtəbəli yaşayış binasının sakinlərinə sənəd verilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 30-da əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən növbəti çıxarış kampaniyası keçirilib. "Kütləvi çıxarış" kampaniyasının budəfəki ünvanı Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binası olub. Bu barədə komitədən açıqlama verilib. Məlumata əsasən, bina sakinlərinə yaşadıqları ünvanda mənzillərinə dair çıxarışlar təqdim edilib. Kampaniya çərçivəsində mobil qeydiyyat ofisləri vasitəsilə bir girişli 16 mərtəbəli binada yaşayan 40-a yaxın mənzil sahibinə çıxarışlar verilib. Həmçinin 60-a yaxın sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.
Kampaniya çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı proseduralar və qanunvericiliyin tələbləri ilə bağlı hüquqi yardımlar da göstərilib. Qeyd olunub ki, respublikada yeni inşa edilmiş çoxmərtəbəli binalarda mənzillərə dair çıxarışların verilməsi çox sadə prosedurlarla həyata keçirilir. Belə ki, binanın istismara qəbul icazəsi olduğu təqdirdə, mənzil sahibləri tikinti kooperativi ilə imzalanmış protokoldan çıxarışı və maliyyə arayışını reyestr xidmətinin ərazi ofislərinə təqdim etməklə çıxarışlarını ala bilərlər. Həmçinin yeni inşa edilmiş binalarda mənzil alarkən, öncədən elektron qaydada bu binada yerləşən mənzillərin çıxarışının olmasını öyrənmək imkanları yaradılıb.
Bu məlumatları çox rahat şəkildə komitənin www.e-emdk.gov.az elektron xidmətlər portalından əldə etmək mümkündür. Belə kampaniyaların vətəndaşların ünvanlarında keçirilməsi onlar üçün daha optimal şərait yaradır. Çıxarışların ünvanlarda təqdim olunması insanlara gündəlik məişət və işgüzar fəaliyyətlərini yerinə yetirmələri üçün əlavə vaxt qazandırır. Ümumilikdə isə, paytaxtla yanaşı ölkənin digər şəhərlərində yerləşən 30-a yaxın yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binalarında belə çıxarış kampaniyaları keçirilərək, vətəndaşlara ünvanlarda çıxarışlar təqdim edilib.
Çoxmərtəbəli binaların mənzillərinin çıxarışla təmin olunması daşınmaz əmlak bazarına da öz müsbət təsirini göstərir. Belə ki, sənədli və dövlət qeydiyyatından keçmiş əmlaklar bu bazarda aktivliyə, əmlakla bağlı hüquqi əməliyyatların çoxalmasına səbəb olur. Başqa sözlə, həmin mənzillər alqı-satqı proseslərinə cəlb oluna, girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
Qeydiyyat xidmətlərini vətəndaşın ünvanına çatdıran çıxarış kampaniyası ilə paralel olaraq komitənin "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" sosial aksiyası da keçirilir. Bu aksiyanın növbəti ünvanı dekabr ayının 3-dən 7-dək Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 9 ünvanında olacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin sosial layihələri qeyd olunan sahədə əhaliyə göstərilən ictimai xidmətlərdən məmnunluq səviyyəsinin artmasına səbəb olur. Komitə tərəfindən həyata keçirilən belə tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və əlçatanlığın artırılmasını təmin etməkdir.