

HAMAS meyitləri təhvil vermədiyi üçün İsrail Qəzzaya daxil olan humanitar yardımları azaldacaq
“Bizim geyim bazarında qiymətlər Avropa ilə müqayisədə həddindən artıq bahadır”
AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub
Zaxarova Latviyanın rusiyalıları deportasiya etmək qərarını pisləyib
"COP29" sədrliyi tərəfindən "Bakıdan Belemə" yol xəritəsinə dair yenilənmə təqdim olunub
Baş Prokurorluq intihar xəbərləri ilə bağlı KİV nümayəndələrinə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər:
“Baş Prokurorluq olaraq media təmsilçilərindən xahiş edirik ki, məlumatları ictimailəşdirərkən diqqətli olsunlar”.
E.Sultanov həmçinin qeyd edib ki, o, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir:
"Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir".
Baş Prokurorluğun rəsmisi bildirib ki, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər.
"İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveçdə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar", - deyə E.Sultanov qeyd edib.