“Elmi kontentə sistemli dəstək lazımdır”
12 İyun 15:43
12 İyun 15:43
12 İyun 14:51
29 May 2020 12:56
1 603
Dövlət İmtahan Mərkəzində mayın 30-da TOEFL imtahanı keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahan saat 09.30-da başlayacaq. İmtahanda 7 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
12 İyun 17:23
1 183
12 İyun 17:22
1 197
12 İyun 16:13
1 302