Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
29 May 2020 13:40
1 981
Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə biləcəyi açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər bu müsabiqədə iştirak edə bilərlər.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.
Müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək. Qeydiyyat başa çatdıqdan sonra elektron yerləşdirmə zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.
Namizəd elektron qeydiyyatdan keçərkən yalnız öz ixtisasına uyğun olaraq vakansiyalarla tanış olub 4 vakant yer seçim edə biləcək.
Müsabiqədə iştirak edən müəllim diaqnostik qiymətləndirmə və ya işə qəbul imtahanı nəticəsi olduğu halda ikinci ixtisası üzrə iş yerini dəyişə bilər.
Elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir.
17:56
462
13:04
980
12 İyun 17:23
1 470