Paşinyanın müavinindən acı etiraf Hadisə

Paşinyanın müavinindən acı etiraf

Ermənistanda hərbi vəziyyəti ölkənin büdcəsinə və iqtisadiyyatına təsir edib və təsir edəcək. Bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə jurnalistin suallarını cavablandırarkən bildirib.
"Hərbi vəziyyət, təbii ki, büdcəyə və iqtisadiyyata təsir edib və edəcək. Müvafiq olaraq biz çağırışla əlaqədar yaranmış riskləri necə neytrallaşdırmaq, sabit sosial-iqtisadi vəziyyəti geri qaytarmaq barədə düşünməliyik", - deyə Paşinyanın müavini bildirib.
Qriqoryan qeyd edib ki, yaxın vaxtlarda bütün mümkün və riskləri nəzərə alan, həmçinin sosial-iqtisadi sabitliyi və ölkənin təhlükəsizliyini təmin edə biləcək. büdcəni formalaşdırmaq mümkün olacaq.
Qeyd edək ki, daha əvvəl Ermənistan Maliyyə Nazirliyi 2020-c il üçün Ümum Daxili Məhsul (ÜDM) üzrə proqnozlarına dəyişiklik etməli olub. Belə ki, Ermənistan Maliyyə naziri Atom Cancuqazyan 2020-ci ildə Ermənistan ÜDM aşağı düşmə proqnozunun 2,6% əvəzinə 6% olacağını etiraf edib.
Onun sözlərinə görə, 2020-ci il dövlət büdcəsinə əsasən ümum daxili məhsul 7,095 trilyon həcmində (16,1 milyard dollar) olması planlaşdırılıb, lakin oktyabrda bu proqnoz 6,170 trilyon drama (12,5 milyard dollara) endirilib.
Nazir, həmçinin qeyd edib ki, dövlət borcunun ÜDM-ə nisbəti 2020-ci ildə 65%, 2021-ci ildə isə 63,2% olacaq.