15 Mart 2021 11:40
1 848
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi təşkil edən şəxslər müəyyən edilib.
Obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.
12 İyun 17:23
1 274
12 İyun 17:22
1 302
12 İyun 16:13
1 393