8 Noyabr 10:28
19 Aprel 2021 15:49
2 359
Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 17-də saat 18 radələrində Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
15:05
959
8 Noyabr 16:22
2 681
8 Noyabr 14:29
1 491