Media nümayəndələri Zəngilan-Horadiz avtomobil yolunun tikintisi ilə tanış olublar Hadisə

Media nümayəndələri Zəngilan-Horadiz avtomobil yolunun tikintisi ilə tanış olublar

Bir qrup mətbuat nümayəndəsi Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə təşkil olunmuş media-tur çərçivəsində Zəngilan-Horadiz avtomobil yolunun inşa ediləcəyi ərazidə olublar.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam edir, eyni zamanda torpaq işləri aparılır.
Jurnalistlərə məlumat verilib ki, yolun ümumi uzunluğu 124 kilometrdir. Yol 6 zolaqdan ibarət olacaq. İşğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynaması baxımından Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoyub.