4 mindən çox tələbə borca görə ali məktəbdən qovulub Hadisə

4 mindən çox tələbə borca görə ali məktəbdən qovulub

Ötən il akademik borca görə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 6954 olub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı 4352 olub. Onlardan 2642-si bakalavriat, 363-ü magistratura, 608-i tam orta ixtisas bazası, 739 nəfərini orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib.
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı isə 95 nəfər olub. Onlardan 83 nəfəri bakalavriat, 2-si magistratura, 2-si tam orta ixtisas bazası, 8-i isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Akademik borca görə xaric edilən tələbələrin sayı 497 nəfər təşkil edib. Onlardan 355 nəfəri bakalavriat, 14-ü magistratura, 42-si tam orta ixtisas bazası, 86-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilən tələbələrin sayı 2010 olub. Onlardan 1630 nəfəri bakalavriat, 17-si magistratura, 167-i tam orta ixtisas bazası, 196-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Eyni zamanda, təkrar kursda saxlanılan tələbələrin sayı da açıqlanıb. Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı 152 nəfər olub. Onlardan 23-ü bakalavriat, 48-i tam orta ixtisas bazası, 81-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.