AFP: G7-də Tramp və Zelenskinin rəsmi ikitərəfli görüşü nəzərdə tutulmayıb
Tramp: ABŞ və İran arasında tarixi saziş növbəti 24 saatda imzalana bilər
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
Milli Qurtuluş Günü – müasir Azərbaycan tarixindədönüş nöqtəsi
25 İyun 2021 12:04
2 541
“Şanlı qələbəmiz həm də xalqımızın birliyinin, vəhdətinin nəticəsidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Adil Əliyev deyib.
O bildirib ki, bizə bu qələbəni yaşadan qəhrəmanlar Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb, dünən də bir qisim dövlət başçısı tərəfindən təltif edilib: “Qazilər və şəhid ailələri Prezident və Birinci Vitse-prezidentin diqqət mərkəzindədir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir”.
A.Əliyev vurğulayıb ki, YAŞAT Fondu şəhid ailələri və qazilərin qayğılarının həll edilməsi ilə məşğuldur: “YAŞAT Fondunun iş prinsipi də şəffafdır. Bizə bu qələbəni yaşadanları yaşatmaq ən ümdə vəzifəmizdir. Üzümü iş adamlarına, xalqımıza tutub deyirəm ki, xeyriyyə marafonunda minimum 10 manat olmaqla iştirak edək. YAŞAT Fondunun vəsaiti azalıb, hər birimiz bu xeyriyyə marafonunda iştirak edək”.