Lənkəranda evi qarət edən keçmiş məhkum saxlanılıb Hadisə

Lənkəranda evi qarət edən keçmiş məhkum saxlanılıb

Lənkəran rayonunda oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran rayonunun Xanbulan kəndi ərazisində yerləşən evlərdən birinin həyətində təmir sexi kimi istifadə edilən tikilidən ümumi dəyəri 1300 manat olan 3 ədəd su nasosunun, digər məişət avadanlıqlarının və onların ehtiyyat hisssələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Boladi kənd sakini, əvvəllər məhkum olunmuş F.İsgəndərov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.