Etibar Mirzəyev: "500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, lazımi avadanlıq və ləvazimatlar qısa zamanda Türkiyəyə çatdırılacaq" Hadisə

Etibar Mirzəyev: "500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, lazımi avadanlıq və ləvazimatlar qısa zamanda Türkiyəyə çatdırılacaq"

Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb.

APA-nın xəbərinə görə, heyət AZAL-ın təyyarələri ilə Türkiyə Respublikasına yola salınıb.

Nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatlar qısa zamanda qardaş Türkiyəyə çatdırılacaq.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşı Türkiyəyə yola düşür:

"Bildiyimiz kimi, bu gün Türkiyədə güclü yanğınlar müşahidə olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Türkiyədə baş verən yanğınlarda həlak olan şəxslərin yaxınlarına başsağlığı verib".

O bildirib ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir: "Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir".