7 Mart 17:52
İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
2 Avqust 2021 10:47
2 352
Yanğınla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.
FHN-dən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.
FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.
7 Mart 13:36
1 295
7 Mart 11:27
1 239
7 Mart 11:01
1 288