Araz İbrahimov: "Vaksin hələ ki, yeganə xilas mənbəyimizdir" Hadisə

Araz İbrahimov: "Vaksin hələ ki, yeganə xilas mənbəyimizdir"

"Xəstəlikdən qorunmaq üçün mütləq vaksin vurdurmaq lazımdır".

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dekanl Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, vaksinlərlə bağlı bəzi insanlarda absurd fikirlər var: “Vaksinin tərkibi inaktivləşdirilmiş virusdur. Son nəticədə bunlar bizi qorumaq üçündür. Dövlət COVID-lə mübarizəyə ciddi pullar ayırıb. Bir COVID xəstəsinin reanimasiyadakı bir günü 1000 manatdan 3000 manata qədər olur. Dövlət vaksin üçün də pul ayırıb, bizə qalan sadəcə bu vaksini vurdurmaqdır. Vaksin hələ ki, yeganə xilas mənbəyimizdir".

Həkim deyib ki, saylar yenə də artıb, prosesi gərginləşdirməyə qoymamalıyıq: "Vaksin vurduran koronavirusa yoluxsa belə, çox yüngül keçirir, xəstəxanada hansısa aparata qoşulmasına ehtiyac olmur. Peyvənd vurduranda qolda ağrılar, şişkinlik ola bilər, müəyyən allergik reaksiyalar, hərarət arta bilər, bu hallar normaldır. Bu isə bütün vaksinlərdən sonra ola bilər”.