KTMT yeni planını təsdiqləyib Hadisə

KTMT yeni planını təsdiqləyib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderləri Düşənbədə keçirilən sessiyada sammitin sonunda qəbul edilən bəyannamənin mətnindən irəli gələn Kollektiv Sürətli Reaksiya Qüvvələrinin müasir silahlarla təchiz edilməsi planını təsdiqləyiblər.
"Xalq Cəbhəsi" xəbər verir ki, hərbi polis, hərbi istintaq, hərbi prokurorluq və məhkəmələrin yaradılmasını nəzərdə tutan müqavilə də imzalanıb.
KTMT Qərargah rəisi general-polkovnik Anatoli Sidorovun səlahiyyətləri üç il də uzadılıb.
Bundan əlavə, təşkilat üzvləri Əfqanıstandakı vəziyyət fonunda kontingentin Orta Asiyada operativ yerləşdirilməsi planına aydınlıq gətiriblər. Cənub sərhədlərini qorumaq üçün hərəkətə keçəcəkləri qərarına gəliblər.

Cavid