Mürəkkəb hədəf hücumları və təhdid ovu Hadisə

Mürəkkəb hədəf hücumları və təhdid ovu

Security Analyst Summit 2021 tədbirinin mövzuları məlum olub. Xalqcəbhəsi.az xəbər verir ki, ənənəvi olaraq tədqiqatçılar, beynəlxalq hüquq-mühafizə orqanları, elmi icmalar və dövlət müəssisələrinin nümayəndələri tərəfindən ziyarət edilən illik Security Analyst Summit (SAS) tədbiri bu il 28-29 sentyabr tarixlərində baş tutacaq. Tədbir onlayn formatda keçiriləcək. Onun əsas mövzuları mürəkkəb hədəf hücumları, "threat hunting" (təhdid ovu) alətləri və artmaqda olan yeni təhdidlər olacaq.
Kaspersky-nin mütəxəssisləri ilə yanaşı tədbirdə PricewaterhouseCoopers, Mandiant, Nex, Sourcegraph, NTT Security, Yandex və digər şitkətlərin nümayəndələri də iştirak edəcək.

Əli