Karantin qaydalarının yumşaldılması ictimai iaşə dövriyyəsini artırıb Hadisə

Karantin qaydalarının yumşaldılması ictimai iaşə dövriyyəsini artırıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 547,9 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 faizi hüquqi şəxslərin, 49,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 27,3 faiz artaraq 275,2 milyon manat olub.

Bu ilin yanvar-iyun aylarında isə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,5% azalaraq 366,8 mln manat təşkil etmişdi. 2021-ci ilin iyulun 1-dən etibarən karantin qaydalarında bəzi yumşalmalar ictimai iaşə dövriyyəsinin artmasına səbəb olub.