Metro qatarda problem yaranıb, 10 dəqiqədən çox yubanma olub Hadisə

Metro qatarda problem yaranıb, 10 dəqiqədən çox yubanma olub

Bakı metrosunda xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatarda problem olduğu üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar buraxılıb:

Sınaq qatarından sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".