Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb Hadisə

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, oktyabrın 18-dən 23-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10 piyada əleyhinə mina, 37 tank əleyhinə mina və 30 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

93.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib