Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
28 Dekabr 2022 14:09
6 244
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İrəvan şəhərində fəaliyyət göstərən, pedaqoji fikir tariximizdə mühüm yer tutan İrəvan Müəllimlər Seminariyasının yaranması və ana dilli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində böyük fədəkarlıq göstərmiş, adları təhsil tariximizə qızıl hərflərlə yazılmış ziyalılarımızın fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd edilib ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapıb.
Sonda Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin ədəbiyyatımızda, mədəniyyətimizdə oynadığı müstəsna rolunu uşaq və yeniyetmələr arasında təbliğ etmək, onları maarifləndirməkdən ibarətdir.
6 Mart 18:31
1 092
6 Mart 12:46
1 267
5 Mart 10:32
1 785