Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
9 Noyabr 2024 18:26
7 455
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə hər olunan silsilə konsertlər keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində də bayram konserti təşkil olunub.
Konserti izləyən arasında mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, rəsmilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsertdən öncə akademik Rafael Hüseynov çıxış edərək tariximizin parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizin əhəmiyyətindən danışıb.
Sonra söz musiqiyə verilib. Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarəçiliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solist Əməkdar artist Ramil Qasımov çıxış edib.
Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası (librettosu akademik Rafael Hüseynova məxsusdur), O.Zülfüqarovun “Şənlən, mənim xalqım!”, Y.N.Şəfəqin “Zəfər valsı”, S.Rəhimovanın “Zəfər nidası” simfonik poeması, Niyazinin “Türk marşı” və C.Quliyevin “Əsgər marşı” əsərləri səsləndirilib.
Bütün musiqi nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.
17:16
553
12:00
1 001
24 Sentyabr 22:46
854