Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
9 Dekabr 21:32
9 Dekabr 18:45
9 Dekabr 14:14
Dekabrın 21-22-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Beluginin evlənməsi” tamaşasının premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və ANO “Rus mövsümləri” ilə birgə layihəsi rus mədəniyyətinin xaricdə təbliğinə yönəlib.
“Beluginin evlənməsi” pyesi A.N.Ostrovskinin N.Y.Solovyovla birlikdə yazdığı ikipərdəli komediyadır. Tamaşanın süjeti məhəbbət və hesabların toqquşması meydanına çevrilən tacir yanlışlığı ətrafında cərəyan edir. Diqqət mərkəzində tacir Belugin və yoxsul zadəgan Yelena Karminanın gözlənilməz birlikdəliyidir. Personajların hər biri bu hekayəyə öz niyyətləri ilə daxil olur, inam, səmimiyyət və əsl motivlərlə bağlı suallarla üzləşir.
Tamaşanın quruluşçu rejissorları Azərbaycanın Xalq artistləri Aleksandr Şarovski və Fuad Osmanovdur; quruluşçu rəssam - Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov; səhnə tərtibatı - Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov; geyim üzrə rəssam - Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasova; işıq dizayneri - Nikolay Rudıçhev; musiqi tərtibatı - Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov; xoreoqraf - Azərbaycanın Xalq artisti Fuad Osmanov; videoardıcıllığı - Cavid İmamverdiyev; rejissor köməkçisi - Lanita Afonina; redaktor - Milena Nazarovadır.
Tamaşada Azərbaycanın Xalq artistləri Fuad Osmanov, Natalya Şarovskaya, Əməkdar artist Mələk Abbaszadə, aktyorlar Rüfət Əliyev, Səbinə Asim, Tamerlan Abdullayev, Rəşad Əliyarov, Dilarə Nəzərova, Rüstəm Kərimov, Nadir Əbdürəhimbəyov, Cəhər Abdullayev iştirak edirlər.