Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
11 Sentyabr 2025 21:04
5 187
ParkCinemada Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri, mərdliyi və xeyirxahlığı ilə tanınan Məcid ağa Şəkibəyovun ömür yoluna həsr olunmuş "Şah ölüm" filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, filmin baş rol ifaçısı və ssenari müəllifi Zəka Vilayətoğlu bildirib ki, ekran əsəri "ZVS" Müstəqil Yaradıcılıq Birliyi tərəfindən istehsal olunub.
Filmdə tanınmış aktyorlar Əjdər Zeynalov, Elçin İmanov, Hüseyn Nurullahi, Anar Hüseynli və digər sənətçilər rol alıblar.
Məcid ağa Şəkibəyov XIX əsrin sonu – XX əsrin 30-cu illərinə qədər Gədəbəydə yaşamış, Qori Seminariyasında təhsil almış, mərdliyi və ədaləti ilə bütün Gəncəbasarda tanınmışdır. O, 1918-1920-ci illərdə erməni daşnaklarına, 1929-1930-cu illərdə isə Şura hökumətinə qarşı mübarizə aparmışdır. Bütün ehtiyatları tükəndiyi bir vaxtda o, təslimçiliyi qəbul etməmiş, tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini həkk edərək son güllələri ilə özünü qurban vermişdir. Bu addımı ilə o, Azərbaycan tarixində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
"Şah ölüm" filmi Məcid ağanın fədakar mübarizəsini və şərəfli həyat yolunu tamaşaçılara ekran əsəri kimi təqdim etməklə, gənc nəsillərə milli qəhrəmanlıq ənənələrini aşılamağı qarşısına məqsəd qoyur.
25 Sentyabr 17:16
735
25 Sentyabr 12:00
1 281
24 Sentyabr 22:46
931