“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
11 Sentyabr 2025 21:44
4 809
Fransanın tanınmış aşpazları Beynəlxalq Qastronomiya Günləri Festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan pavilyonunu ziyarət ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, Parisdə Eyfel qülləsi yaxınlığında Azərbaycanın Fransadakı səfirliyi və "Azərbaycan Dostları" Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş pavilyonu fransanın tanınmış aşbazlarından Kiril Rouquet Provost, "Dünya aşbazları" məktəbinin prezidenti, Kristofe Geoffroy və digərləri, səfir Leyla Abdullayeva, Parisdəki diplomatlarımız, yerli iş adamları festival iştirakçıları və digər şəxslər ziyarət ediblər.
Pavilyonun ziyarətçiləri Azərbaycanın qastronomik turizm istiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanış olurlar. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edirlər. Pavilyon ziyarətçilərə şah plov, dolma, qaralı plov, müxtəlif turşular, eləcə də milli şirniyyatlarımız - şəkərbura, paxlava, badambura, müxtəlif mürəbbələr, milli çay təqdim olunur. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar stendi bəzəyir.
Ziyarətçilər "Happy Day Cake" şirniyyat evinin hazırladığı paxlava və şəkərburaya heyranlıqlarını bildiriblər. Bununla yanaşı, iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Paris Beynəlxalq Qastronomiya Günlərində ölkəmizin ən böyük turizm şirkətlərindən olan "Gabala Hospitality Group" iştirak edir.
Azərbaycan pavilyonu sentyabrın 14-dək davam edəcək.
Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir. Bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlib.
4 İyun 10:56
1 512
2 İyun 20:00
10 647
1 İyun 18:57
2 415