Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib
Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
18 Sentyabr 11:14
3 584
YUNESKO Qaradağ meşələrinin dünya qeydiyyatına salınması barədə məsələni öz proqramına daxil etsə də, təbiət abidəsini rəsmi qeydiyyata almayıb.
Gunaz.tv
Bu barədə İran mədəni irs nazirinin müavini Əli Darabi məlumat verib.
"İnsan müdaxiləsinin olduğu səbəbindən Qaradağ meşələri hələ də ümumdünya irsi kimi qeydə alınmayıb. YUNESKO təbiət abidəsinin içərisində tikinti və ya insan müdaxiləsi müşahidə olunarsa, onun qeydiyyatını rədd edir; Qaradağ meşələrində isə bu müdaxilələr mövcuddur",- o bildirib.
Darabi, təbiət abidəsinin qeydiyyata alınması üçün İran Ətraf Mühit və Təbii Sərvətlər Təşkilatının əməli işlər görməsinin vacibliyini diqqətə çatdırıb:
"Qaradağ meşələri ilə bağlı iş əvvəllər də YUNESKO-da qaldırılmış və bu insan müdaxilələrinə görə rədd edilmişdir; indi abidənin qeydiyyata alınması üçün çatışmazlıqları tamamilə aradan qaldırmaq lazımdır",- nazir müavini əalvə edib.
Qeyd edək ki, Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarı qoruq elan edilsə də, mühafizəsi üçün yetərli tədbirlər görülməyib.
Hər il yanğınlar və mədən istismarçılarının qeyri-standard fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə meşə zolağı məhv edilir.
7 Noyabr 17:09
1 169
6 Noyabr 17:40
1 645
6 Noyabr 16:34
1 827