İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
20 Oktyabr 2025 13:13
5 817
Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qızıl toy” (Oqtay Kazımi, Ramiz Heydər) tamaşası oynanılıb. Bu dəfə səhnə əsəri teatrın tanınmış aktyoru Əməkdar artist Əzizağa Əzizovun 65 illik yubileyi münasibətilə təqdim olunub.
Teatrın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, aktyorun həyat və yaradıcılığı barəsində tamaşaçılara ətraflı məlumat verən Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova teatr rəhbərliyi və kollektiv adından yubiliyarı təbrik edib, eyni zamanda, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını ona təqdim edib.
Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 65 illik yubileyi münasibəti ilə Əzizağa müəllimi təbrikə gələn sənət dostları, teatrsevərlər ona xoş arzularını bildiriblər.
Qeyd edək ki, ömrünün 40 ilini teatr sahəsinə həsr edən aktyor bu səhnə əsərində Rəhim obrazı canlandırır. Onunla yanaşı, tamaşada əməkdar artistlər Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Eleonora Mustafayeva, Şaban Cəfərov, Yuliya Heydərova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Fərid Rzayev, həmçinin xor və balet artistləri də iştirak ediblər.
18 Yanvar 20:37
1 456
17 Yanvar 17:28
1 701
16 Yanvar 20:36
2 135

