SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
18 Noyabr 2025 13:53
4 711
Noyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Özbəkistan Gənc Tamaşaçılar Teatrının hazırladığı “Муха-Цокотуха” adlı musiqili tamaşası nümayiş olunub.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçllar Teatrının mətbuat katibinin məlumatına görə, hər iki teatr arasında mədəni əməkdaşlıq haqqında imzalanmış ikitərəfli memoranduma əsasən nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Malika İskandarova, quruluşçu rəssam Yevgeniya Biserova, bəstəkar Baxodir Zokirovdur.
Tamaşadan əvvəl rejissor, Əməkdar artist Nicat Kazımov çıxış edərək Özbəkistan teatrının yaradıcı heyətini və tamaşaçıları salamlayıb. Daha sonra Özbəkistan Gənc Tamaşaçılar Teatrının baş rejissoru və tamaşanın quruluşçu rejissoru Malika İskandarova səhnəyə dəvət olunub. O, bu kimi qarşılıqlı əməkdaşlığın yaradıcılıq və mədəniyyət müstəvisində müsbət tövələr verəcəyini qeyd edib.
Daha sonra uşaqların böyük marağına və sevincinə səbəb olan tamaşa təqdim olunub.
Korney İvanoviç Çukovskinin nağılı əsasında hazırlanan eyniadlı səhnə əsərində Fayzulla Askarov, Abdullax İsmoilov, Şaxnoza Sultanova, Şerzod Axmedov, Feruza Atakuziyeva, Firuz Xudayberdiev, Uluqbek Rustamov, Nargiz Rustamova, Dilnavoz İsmatullaeva, Dilnavoz Axmedova iştirak edirlər.
1 Yanvar 18:44
1 456
30 Dekabr 2025 16:16
2 415
30 Dekabr 2025 11:46
2 471


