"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək
Ukraynanın PUA hücumundan sonra Taqanroqda fövqəladə vəziyyət elan edilib
AM Best: “AzRe”nin xarici bazarlarda böyük risklərə qarşı qorunması zəifdir
ABŞ-nin Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alması müzakirə olundumu?”
10:34
546
Noyabrın 24-də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “Art Council Azerbaijan” təşkilatı ilə əməkdaşlığı çərçivəsində BMT-nin Baş Qərargahında "Azərbaycan xalçalarının ikinci həyatı" adlı sərginin açılışı olub. Daimi Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycanda 2025-ci ilin Suverenlik və Konstitusiya İli elan olunması münasibəti ilə keçirilib və ölkənin ən məşhur mədəni ənənələrindən birinə həsr olunub.
"İkinci həyat" təşəbbüsü rəssamlar Sona Quliyeva və Dadaş Məmmədov tərəfindən irəli sürülüb. Layihə çərçivəsində ənənəvi və müasir sənətkarlıq texnikalarının birləşməsi vasitəsilə qədim və köhnəlmiş Azərbaycan xalçaları yenidən canlandırılır. Atıla biləcək parçaları bərpa etmək və yenidən görünüş verməklə layihə mədəni irsin davamlı aktuallığını vurğulayır və məsuliyyətli istehlakın əhəmiyyətini əks etdirir.
Açılış mərasimində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi Tofiq Musayev diplomatları, BMT rəsmilərini və qonaqları salamlayıb. O, Azərbaycanda xalçaçılığın dərin tarixi əhəmiyyətini vurğulayıb, mədəni irsin canlandırılması da daxil olmaqla, davamlı inkişaf üçün əsas dəyərləri qeyd edib.
Açılış mərasimindəki qonaqlar həmçinin, rəssam Sona Quliyevanın çıxışını dinləyiblər. O, yaradıcılıq prosesi və köhnə xalçalara yeni həyat verməklə bağlı fikirlərini bölüşüb. Sərgi noyabrın 28-nə kimi BMT-nin Baş Qərargahında nümayiş olunacaq.
24 Noyabr 14:16
1 302
24 Noyabr 11:51
1 358
24 Noyabr 11:48
1 407