6 aydır axtarışda olan Dəniz Səki yaxalandı Mədəniyyət

6 aydır axtarışda olan Dəniz Səki yaxalandı

6 aydır axtarışda olan türkiyəli tanınmış müğənni Dəniz Səki yaxalanıb

Ailem.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni İstanbulun Əsənyurd məhəlləsində gizləndiyi evində ələ keçirilib.
Qeyd edək ki, D.Səki 2012-ci ildə narkotik maddələrin satışı ittihamı ilə 6 il 3 ay azadlıqdan məhrum edilmişdi. 7 ay həbsdə qaldıqdan sonra Apelyasiya Məhkəməsi müğənni haqda həbs qərarını dəyişsə də, Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarını təsdiq etmişdi. Müğənni 6 ay idi polisdən gizlənirdi.