Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
9 Dekabr 21:32
9 Dekabr 18:45
9 Dekabr 14:14
“Fransa və digərləri düşünür ki, sərhəd ərazilərdə təxribatlar Azərbaycanı cavab zərbələri endirməyə məcbur edəcək və nəticədə yeni müharibə qaçılmaz olacaq. Bu isə Qərbə Ermənistanın təhlükəsizliyi adı altında Ermənistana qoşun yığmaq imkanı verəcək”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Y.Bağırzadə əlavə edib ki, yəni burada əsas olan baş verə biləcək müharibədə nə qədər insanın ölməsi və ya Ermənistanın hansı vəziyyətə düşməsi deyil, Qərbin bölgəyə yerləşməsidir: “Bu təbii ki, olduqca təhlükəli oyundur və ilk növbədə də Ermənistanın özü üçün ağır nəticələrə səbəb ola bilər. Təkcə ona görə yox ki, Ermənistanın nə qədər silahlanmasından asılı olmayaraq baş verə biləcək müharibədə onların Azərbaycan ordusu qarşısında duruş gətirmək imkanları yoxdur. Həm də ona görə ki, Qərbin bölgəyə yerləşməsi region ölkələrinin heç biri tərəfindən dəstəklənmir. Xüsusilə də Ermənistanın indiyə qədər ayaqda qalmasında əsas rol oynayan Rusiya və İranın buna münasibəti məlumdur”.
Politoloq həmçinin vurğulayıb ki, Rusiya yaxşı başa düşür ki, bütün bu planda əsas məqsəd Cənubi Qafqazda yeni cəbhə, münaqişə ocağı yaratmaqla Rusiyanın diqqətini Ukraynadan çəkməyə hesablanıb: “İran isə öz sərhədlərində Qərbin möhkəmlənməsini təbii olaraq özü üçün real təhlükə olaraq görür. Belə olan halda Qərbin maraqlarının təmin olunması üçün başlanacaq hər hansı yeni müharibə Rusiya və İranın Ermənistanla münasibətlərinə ciddi təsir edəcək. Təkcə İran və Rusiyadan Ermənistana daxil olan qaz və yanacağın verilməsinin dayandırılması kifayətdir ki, Ermənistan acınacaqlı vəziyyətə düşsün”.
Röya İsrafilova