
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Türkiyə Bəşər Əsədə öz xalqının taleyinə biganə qalmaması ilə bağlı çağırışlar etmişdi və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən proseslərin çox böyük bir skandala çevrilməsinin qarşısı almaq üçün dəfələrlə Suriya hakimiyyətinə öz təkliflərini yönəltmişdi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, ancaq təəssüflər olsun ki, B.Əsəd başda olmaqla Suriyanı idarə edənlər Türkiyə Prezidentinin uzatdığı ələ cavab vermədilər: “Nəticədə Türkiyənin təklif etdiyi rasional siyasətin yerinə tamamilə dağıdıcılığa və xaosa xidmət edən addımı atdılar. Bütün bunların nəticəsidir ki, bu gün Suriya dövlətinin hansı problemlərlə üz-üzə qaldığını çox açıq formada hər birimiz müşahidə edirik. Əlbəttə, Suriya Türkiyə qonşu ölkədir. Suriyadan bir xeyli miqrant Türkiyə ərazisindədir. Əvvəla, nəzərə almaq lazımdır ki, suriyalı mühacirlər Türkiyə cəmiyyəti içərisində müəyyən fikir ixtilaflarına səbəb olurdu. Bu gün artıq Suriya tam şəkildə öz vətəndaşlarını qəbul etməyə başlamalıdır. Suriyada hakimiyyətə gələnlər də verdikləri açıqlamalarda dünyanın fərqli coğrafiyalarına səpələnmiş suriyalıları öz ölkələrinə dəvət edirlər. Bu baxımdan Türkiyədə yaşayan suriyalıların da yavaş-yavaş öz vətənlərinə geri döncəyini müşahidə edə bilərik. Bu, Türkiyə üçün çox vacibdir”.
T.İsmayılov həmçinin vurğulayıb ki, B.Əsəd PYD, YPG, PKK terror ünsürlərinin Suriya ərazisində kökünü heç vaxt kəsməyib: “Əksinə, bu qüvvələrdən Türkiyəyə qarşı istifadə etməyə çalışırdı. Əminəm ki, Türkiyənin və Suriyanın qonşuluğundakı həssaslıq nəzərə alınaraq separatçı terrorçuların Suriya ərazisində at oynatmaqlarına icazə verilməyəcək. Bu da Türkiyənin mövqeləri baxımından vacibdir”.
Röya İsrafilova