

Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir - YENİLƏNİB
Ramiz Quliyev II Fəxri xiyabanda dəfn edilib - FOTO - YENİLƏNİB
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi yeni qaydada müəyyən ediləcək
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
Ermənistan Baş naziri: Azərbaycan Prezidenti ilə müntəzəm təmaslarımız var
“2024-cü ildə Azərbaycanın xarici siyasəti ikitərəfli və çoxtərəfli münasibətlər prizmasından əlamətdar vektorlarla yadda qaldı. Azərbaycanın Qərblə münasibətlərində siyasi gərginliklər olsa da, ümumilikdə Bakı-NATO əlaqələrinin, Bakı-Böyük Britaniya tərəfdaşlığının uğurla idarə edildiyi qənaətini bölüşmək olar”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov söyləyib.
A.Kərimovun sözlərinə görə, Azərbaycan strateji yanaşmalarının güc vitrinlərinə münasibətdə digər uğurlu nümunələrini də davam etdirdi: “Belə ki, Azərbaycan Rusiya ilə əlaqələr dinamikasında müsbət məqamları saxlamağa nail oldu. Bundan başqa diqqətəlayiq hadisələrdən biri Azərbaycan və Çin liderlərinin Strateji tərəfdaşlığın qurulması haqqında Bəyannaməyə imza atmaları idi. Bu sənəd, Azərbaycanın qarşısında duran kritik məsələlərdən birini–gələcək dünya düzənindəki adekvat manevr təqdimatını–müəyyənləşdirən faktorlardan biri oldu”.
Röya İsrafilova