
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Qüdrət Həsənquliyev millət vəkili, siyasətçi, partiya sədri kimi hər kəs tərəfindən tanınır. Amma onu mən dost kimi, yaxın adam kimi dəyərləndirirəm daha çox.
Qüdrət bəy dostluğa, haqq-salama, 10 illərə dayanan münasibətə çox böyük önəm verən, bu dəyərləri qoruyan bir türk oğludur.
Harda olmasına, hansı şəraitlə üzləşməsinə baxmayaraq çatışmazlıqları, xalqı narahat edən məqamları, cəmiyyətin inkişafına mane olan neqativləri ən ali kürsülərdən söyləməkdən çəkinmir. Bu, bəzən ona mane olsa da, problem yaratsa da mövqeyini bildirir, sözünü deyir. Əksər vaxt problemlər həllini tapır.
Q.Həsənquliyev mübarizə adamıdır. Gənc yaşlarından milli azadlıq hərəkatına qoşulub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi üçün həyatını riskə atıb.
Bu gün əziz dostumuzun 60 yaşı tamam olur. Böyük tarixdir. Yubiley münasibəti ilə Qüdrət bəyi təbrik edirəm. İnanıram ki, Qüdrət Həsənquliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrində adını öz əzmi, əziyyəti və fəaliyyəti ilə yazmağı bacarıb.
İnanıram ki, Qüdrət bəy üçün ən böyük hədiyyə uğrunda həyatını həsr etdiyi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsidir. Ona Azərbaycanın daha qüdrətli, gözəl günlərini görməyi arzu edirəm.
Hörmətlə, Azər Ayxan
Globalinfo.az saytının təsisçisi, Əməkdar jurnalist