ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
17 Mart 2025 11:36
10 570
“Düşünürəm ki, Ermənistanın iki maddə ilə birdən-birə razılaşması onu göstərir ki, o yenə də əvvəlki ritorikasından geri qalmayaraq həm beynəlxalq arenada, həm də daxilə yönəlik auditoriyada özünü sülh carçısı kimi göstərməyə çalışır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
O vurğulayıb ki, Ermənistan özünü elə göstərir ki, guya o, sülh istəyir, top indi Azərbaycan tərəfdədir: “Amma, xeyr, top hələ də Ermənistan tərəfdədir. Çünki hələ də Ermənistan sülhün imzalanması üçün irəli sürülən fundamental şərtləri təmin etməyib. Digər tərəfdən ola bilsin ki, Ermənistan qısa zamanda Türkiyə ilə sərhədlərinin açılması və Türkiyə vasitəsilə Avropaya inteqrasiya xəttini sürətləndirmək istəyindədir. Bunun üçün də Türkiyə Azərbaycanla sülh prosesində irəliləyiş şərtini irəli sürüb və ona görə Ermənistan indi çalışır ki, mətni qısa zamanda imzalasın və bununla da Ermənistanın aləmində hər şey bitmiş olsun”.
S.Zahidov deyib ki, sülh sazişinin imzalanması üçün həm şərtlər yerinə yetirilməli, həm də bu sazişin imzalanması o demək deyil ki, dayanıqlı sülh təmin olunacaq: “Çünki Ermənistan hərbiləşdirmə siyasətini dayandırmalı, Avropa İttifaqının missiyasının şərti sərhəddən getməsini təmin etməli, Zəngəzur və digər nəqliyyat kommunikasiya xətlərini açmalı, eyni zamanda da Azərbaycana qarşı daxili cəmiyyətində mənfi fikirlərin təbliğ olunmasına mane olmalıdır”.
Röya İsrafilova
14 Mart 13:39
1 631
14 Mart 11:34
1 218
13 Mart 21:31
4 256