Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
17 Mart 2025 14:16
11 452
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Hesab edirəm ki, bu, çox böyük bir nəticə, əhəmiyyətli irəliləyişdir. Lakin sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı məlumatlar yayıldıqdan sonra Azərbaycanın mövqelərinin atəşə tutulması tamamilə yolverilməzdir və bu, Ermənistanın xislətini biruzə verir. Burada ilk növbədə Ermənistanın qeyri-səmimi olması üzə çıxır. Çünki bir tərəfdən silahlanan, Azərbaycanla sərhədlərdə istehkamlar quran və hücum silahları əldə edən Ermənistanın sülhə marağı və sülh müqaviləsini imzalamaq istəyi təəccüb doğurur”.
Bu sözləri xalqcəbhəsi.az-a politoloq İlyas Hüseynov deyib.
İ.Hüseynov Azərbaycanın açıq qalan tələblərinin olduğunu vurğulayıb: “Bu, Minsk qrupunun buraxılması, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Avropa İttifaqının mülki missiyasının regionu tərk etməsi, Zəngəzur Dəhlizinin açılması, erməni xalqının sülhə hazırlığı, dünya erməniliyinin bu sülh razılaşmasına qarşı çıxmamasıdır. Ümumilikdə, sülhə dair konkret əməli praktiki addımlar atılmalıdır. Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Ermənistan sərhədində gərginliyin yaradılması və mövqelərimizin atəşə tutulması həm də üçüncü dövlətlərin regionda sülhü istəməməsi, gərginliyin artırılmasında maraqlı olmasını biruzə verir. Bu xüsusda Ermənistan həm də ordusunun islahatlarını həyata keçirməlidir ki, hansısa casus şəbəkə erməni ordusuna təsir etməsin. Bununla da regionda təhlükəsizlik sisteminə təhdidlər yaradılmasın. Görülməli işlər çoxdur. Ermənistana Azərbaycan tərəfindən ev tapşırığı verilib və bütün bu məsələləri həll etmək əsas məqsəddir”.
Röya İsrafilova
25 Sentyabr 16:54
1 211
25 Sentyabr 15:07
931
25 Sentyabr 14:10
1 309