
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Pekin Çinə qarşı ABŞ-nin yanında olan ölkələrə xəbərdarlıq edib, həmin ölkələrə qarşı cavab tədbirləri görəcəyini bildirib. Dünyanın 2 nəhəng dövləti - ABŞ və Çin arasında ticari sahədə müharibə gedir. Çin həmin ölkələrə bildirir ki, siz ABŞ-nin hərəkətlərini yamsılamayın. ABŞ Çinə əlavə 125 faiz rüsum tətbiq etdi, Çin də əlavə yenə 125 faiz rüsum tətbiq etdi və geri çəkilməyəcəyini nümayiş etdirdi. Hətta ABŞ-dən də qorxmadığını bildirdi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert qeyd edib ki, eyni qayda ilə ABŞ-nin yanında olan ölkələr də Çinə sanksiya tətbiq edirlər: “Çin onları da proposinal və adekvat şəkildə geri qaytaracaq. Yəni görünən budur. Çin deyir ki, mən başlamıram, amma siz mənə qarşı neyləsəniz mən eyni cür əks addım atacam. Çinin imkanları genişdir, böyük daxili bazarı mövcuddur. Həmçinin 1,3 milyard əhalisi var. Bu, dünya əhalisinin 16-17 faizini təşkil edir. Dünya istehsalının 25 faizi oradadır. Çin dünyada texnologiya sahəsində ABŞ ilə yeganə rəqabət aparan, alternativ texnologiyaları ortaya qoyan dövlətdir. Bu baxımdan həm texnologiyaların satışında, həm də şirkətlərinin Çində fəaliyyətinə maneə yaradıla bilər. Həmçinin tariflərin tətbiqi də ola bilər. Bu, Çinin nəzərdə tutduğu ölkələrin davranışından asılı olacaq”.
Röya İsrafilova