İsrail və Türkiyə Bakıda danışıqlara başlayır Gündəm

İsrail və Türkiyə Bakıda danışıqlara başlayır

İsrailin 11-ci TV-nin məlumatına görə, mayın 8-də Bakıda Türkiyə və İsrail nümayəndələri arasında birbaşa danışıqlar keçirilməlidir. Heç şübhəsiz ki, Bakının Azərbaycana yaxın olan bu iki dövlətin münasibətlərinin normallaşması üçün əməli addım atacağı gözlənilirdi. Sözsüz ki, danışıqlarda regional təhlükəsizlik və xüsusən də hər iki dövlətin Suriyada maraqlailə bağlı vəziyyət əsas mövzudur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Bakı görüşünə, ümumiyyətlə İsrail Türkiyə arasındakı danışıqları ancaq bu iki dövlətin münasibətlərinə aid deyil: "Dəfələrlə qeyd etmişəm ki, bütün regionun taleyi İsrail və Türkiyə arasında razılaşmadan asılıdır. Yaxın Şərqin siyasi mənzərəsi bu iki dövlətin arasında bölüşdürülən maraqlara uyğunlaşdırılır.

ABŞ, İsrail və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik danışıqları, Azərbaycanın təbii və rəsmi müttəfiqi Türkiyəsiz mümkün deyil. Əgər üçtərəfli belə bir danışıqlar gedirsə demək, Türkiyə də prosesdədir. Həm də yəni, İsrail Türkiyə toqquşmasından söhbət gedə bilməz.

İsrail Türkiyə münasibətlərində aydınlaşma prosesi İsrail baş naziri Benyamin Netanyahunun ABŞ səfəri və Donald Trampla görüşündən sonra monkretləşib.

Benyamin Netanyahunun bu günlərə planlaşdırılan Bakı səfərinin, Türkiyə prezidenti Ərdoğanla mümkün görüşünün təxirə salınmasının əsl səbəbi də məhz İsrail və Türkiyə arasında razılaşdırılmamış bəzi məqamların da tam həllinə, yaxud ortaq məxrəcə gəminməsi və sonra görüşün təşkil olunmasıdır. Çox güman ki, İsrail və Türkiyənin Bakı danışıqlarından sonra, iki dövlət lideri görüşüb və əldə edilən razılaşmanı rəsmiləşdirək və yəqin ki, elə Bakıda da".

Cavid