

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Neçə illərdir Mərkəzi Seçki Komissiyası (MSK) ilə bağlı məsələ unudulub. Bütün qurumlarda sədr və müavinləri nəzərdə tutulub. Yeganə MSK-dır ki, heç bir müavin, katib nəzərdə tutulmayıb. Ümumiyyətlə, bu qurumun statsusu barədə düşünməliyik. Bütün seçkiləri keçriirlər, bütün seçkilərə müşahidəçi gedirlər, ilboyu xarici ölkələrə səfərlər edirlər. Bu cür dəyişiklik edəndə kompleks baxılmalıdır. MSK-nın sədrindən başqa müavin və katiblərə diplomatik pasportun verilməsinə nə xələl gətirə bilər?”.
Xalqcəbhəsi.az xəbər evrir ki, bunu parlamentin buğun keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, Mərkəzi Seçki Komisssiyası əhəmiyyətli bir qurumdur: “Onlar üçün hər hansı kiçik bir sosial imtiyaz nəzərdə tutulmayıb. Bizim seçkiləri də keçirən bu qurumdur. Biz görürük ki, onlar seçkilərdə xarici müşahidəçilərin yerləşdirilməsi və dgirə işlərdə nə qədər əziyyət çəkirlər. Bu layihəni təqdim edəndə bunları da nəzərə alsınlar. Bu quruma münasibətin bu formada olması tətbiq olunması nəzərdə tutulmalıdır. Bunu yalnız sədrdən ibarət bir qurum kimi görmək düzgün deyil”.