Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
26 May 13:31
7 161
“Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda konfransların silsiləli şəkildə keçirilməsi olduqca önəmlidir. Bilirik ki, bu gün xüsusən də Qərb ölkələrində ən çox problem yaradan məsələlərdən biri islamofobiya meyllərinin güclənməsidir. Təəssüflər olsun ki, Qərbdə demokratiya dəyərlərinin güclü olmalı olduğu bir vaxtda, müvafiq təsisatların bu yöndə problemlərin həlli ilə bağlı missiya daşımalı olduğu bir vaxtda, ancaq biz insan haqlarına qətiyyən uyğun gəlməyən, tolerantlıq, multikulturalizm dəyərlərinə qətiyyən sığmayan islamofobiya meyllərinin gücləndiyinin şahidi ola bilirik”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı söyləyib.
Politoloq təəssüflə qeyd edib ki, bu bəzən hakimiyyətlərin ritorikası sayəsində formalaşan meyllərdirsə, digər tərəfdən də cəmiyyət içərisində də bu tendensiyaların güclənməsinin, ancaq siyasi cinahda bunun qarşısının alınma tədbirlərinin də zəif olması nəticəsində biz bu kimi problemlərin tüğyan etdiyinin şahidi ola bilirik: “Bilirik ki, müsəlman ölkələrində hazırda müharibələrin çox geniş yayılması nəticə etibarı ilə miqrantların Qərb dövlətlərinə axın etməsi ilə nəticələnir və həmin dövlətlərdə həm siyasi, həm də ictimai şəkildə müvafiq miqrantlara qarşı olduqca qərəzli addımlar atılmaqdadır. Bu həm miqrantlar yönündən olan problemdir, həm də müsəlman dövlətlərinə, İslam birliyinə qarşı olan yanaşmanın təzahürüdür. Düşünürəm ki, Azərbaycan da tolerantlıq ənənələrinin daşıyıcısı olan bir dövlət kimi multikulturalizm ənənələrinə sadiq qalan bir dövlət və cəmiyyət olaraq belə konfranslara ev sahibliyi etməsi çox önəmlidir. Biz həm də bu yöndə söz sahibi olan dövlətik, xalqıq. Ona görə də bu kimi konfranslarla müvafiq dəyərlərin aşılanmasına, yayılmasına şərait yarada bilərik”.
Röya İsrafilova