İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
28 May 2025 16:14
9 919
TikTok istifadəçiləri yeni bir kiber hücum dalğasının hədəfindədir. Süni intellekt tərəfindən hazırlanmış və “pulsuz proqram hackləri” vəd edən saxta videolar, istifadəçiləri şəxsiyyət oğurluğu ilə nəticələnə biləcək zərərli proqramlarla üz-üzə qoyur.
Xalqcebhesi.az xəbər verir ki, Techedt platformasının verdiyi məlumata görə, bu qısa və cəlbedici videolar Microsoft Office, Windows, Spotify və CapCut kimi məşhur proqramların pullu funksiyalarını pulsuz istifadə etmə yollarını göstərdiyini iddia edir.
Lakin videolarda təqdim olunan PowerShell komandaları, əslində "Vidar" və "StealC" adlı zərərli proqramları istifadəçilərin kompüterinə yükləyir.
Siber təhlükəsizlik mütəxəssisləri aşağıdakı məsələlərə qarşı diqqətli olmağı tövsiyə edir:
Naməlum videolarda göstərilən PowerShell komandalarını əsla işlətməyin.
Yalnız rəsmi proqram mənbələrindən və etibarlı dəstək kanallarından istifadə edin.
“Pulsuz hack” vədlərinə şübhə ilə yanaşın.
Bir məzmun çox yaxşı görünürsə, böyük ehtimalla aldadıcıdır.
Siber təhlükəsizlik mütəxəssisi Cody Barrow, istifadəçilərin dərin saxtakarlıqlara qarşı məzmunu yoxlamaqda daha ayıq olmalarının vacibliyini vurğulayır.
Məryəm Quliyeva
16 Yanvar 21:29
1 414
16 Yanvar 20:47
1 470
16 Yanvar 17:35
1 708