

MAQATE İranla əməkdaşlığı qənaətbəxş hesab etmir.
Xalqcebhesi.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranla əməkdaşlığı "qənaətbəxşdən az" kimi qiymətləndirib. Bu barədə RİA Novosti təşkilatın hesabatına istinadla məlumat verib.
Agentliyin məlumatına görə, "MAQATE Tehran tərəfindən göstərilən əməkdaşlığı 'qənaətbəxşdən az' adlandırıb".
Hesabatda qeyd olunur ki, İran 60%-ə qədər zənginləşdirilmiş uran istehsalını sürətləndirib. Həmçinin agentlik 2024-cü ilin fevral ayından may ayının ortalarınadək Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını artırması ilə bağlı "ciddi narahatlıq" ifadə edib.
Bundan əvvəl The Wall Street Journal nəşri, mənbələrə istinadən, Vaşinqton və Tehranın tamhüquqlu nüvə sazişinin bağlanmasına aparacaq çərçivə razılaşması üzərində işlədiklərini yazmışdı.
Nəşrin məlumatına görə, Tehran belə bir razılaşmanın tərəfləri yeni sazişə yaxınlaşdıra biləcəyini düşünür və bu sənədə ölkənin mülki nüvə proqramına sahib olmaq hüququnun tanınması, həmçinin nüvə silahı əldə etməyə çalışmamaq öhdəliyinin daxil edilməsini istəyir. Bundan əlavə, İranın nüvə obyektlərində yoxlamaların keçirilməsi də mümkün şərtlər arasında göstərilir.
Məryəm Quliyeva