
Şəhid ailəsi üçün Prezident təqaüdü 700 manat olub
12 İyun 17:24
Prezident Donald Trampla milyarder İlon Mask arasındakı fikir ayrılığının zirvəsi rəsmi şəkildə elan edildi: Mask Tramp administrasiyasındakı vəzifəsindən ayrıldı.
Bu hadisə ABŞ-də gələcək liderlik uğrunda mübarizənin getdiyinə dair aydın işartılar verir. Ən böyük tabloda bu belə görünür: Donald Trampın qlobal iqtisadi və siyasi sistemi fərqli meyarlara tabe etdirmək cəhdləri dünyanın böyük biznes əməliyyatları həyata keçirən şirkətlərin maraqları ilə üst-üstə düşməyə bilər. Mask da buna etiraz edən nəhəng cihazın bir parçasıdır.
Ümumiyyətlə siyasi baxımdan Tramp da, Mask da öz əhəmiyyətlərini və əvəzolunmazlıqlarını həddindən artıq şişirtməklə məşğuldur. Məncə Tramp administrasiyasındakı ayrılıq ən çox elə Trampın siyasi karyerasında düyün nöqtələri yaradacaq.
Yəni, ABŞ-də qarşıdan gələcək aralıq seçkilərdə Trampla Maskın ulduzu barışmasa, Mask əlindəki imkanları Trampa qarşı çevirəcək.
Hər halda, sosial şəbəkələri, texnoloji imkan və proqramları əlində tutan Mask Trampı çətin vəziyyətə salacaq.
Üstəlik, Trampın siyasi karyerası onun prezidentlik dövrü ilə məhdudlaşır. Texnologiya nəhəngi Maskın isə fəaliyyətləri dünya üçün cəlbedici görünür və qlobal siyasətdə heyrətamiz aparat formalaşdırır.
Trampla Maskın ayrılığının səbəbinə gəlincə, burada dərin və əhatəli biznes maraqları, onlardan irəli gələn güc olmaq ambisiyalarına fokuslanmaq olar.
Maskın “Böyük Gözəl Qanun” layihəsinə etirazı belə deməyə əsas verir ki, o, bu sənədin qəbulu nəticəsində özünə dəyə biləcək milyardlıq zərərlərə etiraz edir. Yəqin ki, bu qanun Trampın gələcək biznes maraqları üçün önəmli, Maska görə isə zərərlidir. Maskla Tramp arasındakı problemlərin başqa bir ayağı isə Çinlə əlaqəlidir.
Mask Çinyönümlü əhval-ruhiyyəni və siyasi xətti dəstəkləyir.
Çünki Maskın Çində illərdir ki, böyük biznes maraqları var. Onun “Tesla” şirkətinin Şanxaydakı qolu qlobal əməliyyatlarda mühüm rol oynayır. Bununla əlaqədar rəqəmləri açıq mənbələrdə görmək mümkündür. Deməli, Maskın sərvətinin böyüməsi getdikcə Çindəki aktivlərdən asılı vəziyyətə düşür. Çindən ayrılma Mask üçün iqtisadi və strateji baxımdan xeyli problemlər yarada bilər.
Üstəlik Tramp da biznesmendir və perspektiv maliyyə faydaları üçün sövdələşmə onun üçün ən vacib arxa kanaldır. Ehtimal vermək olar ki, Tramp Çinlə daha böyük imkanlar üçün biznes modeli axtarır.
ABŞ ilə Çin arasında baş tutan danışıqlara bu aspektdən də yanaşmaq mümkündür. Mask üçün ən pisi isə Trampın gələcəkdə Çindəki biznes ambisiyalarını “Tesla”ya qarşı hab kimi inkişaf etdirmək ssenarisidir.
Lakin prosesdən kimin qalib çıxacağı suallar yaradır. Bu suallara texnoloji investorlar və rəhbərlərin Maskı yoxsa Trampı dəstəkləməsi ilə cavab tapmaq olacaq. Tramp-Mask ittifaqının parçalanmasını Silikon Vadisində doğurduğu reaksiyalar özü də bu barədə çox şeyi deyə bilər.
Aqşin Kərimov