Suriya prezidenti NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Pakistan qırıcıları İran prezidentinin təyyarəsini müşayiət edib
İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
"Dövlətlərin gücü təkcə təbii sərvətlərlə ölçülmür" - Sadiq Qurbanov + FOTO
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası işləri müzakirə olunub
29 İyul 2025 11:26
4 893
“Azərbaycanın beynəlxalq nüfuzunun artması və regional proseslərin əsas təşəbbüskarına çevrilməsi Fransanın Qafqaz siyasətindəki rolunu getdikcə zəiflədib. Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin Fransanın iştirakı olmadan baş tutmuş görüşü bu gedişatın bariz nümunəsidir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Z.Qarayeva deyib ki, Azərbaycanın beynəlxalq platformalarda aparıcı söz sahibi kimi çıxış etməsi, xüsusən də dekolonizasiya çağırışları ilə beynəlxalq ictimaiyyəti səfərbər etməsi Fransanın keçmiş müstəmləkə siyasətinə işıq salır: “Prezident İlham Əliyevin bu istiqamətdə apardığı ardıcıl diplomatik fəaliyyət, Fransa kimi keçmiş müstəmləkəçi dövlətlərin dünya miqyasında tənqidə tuş gəlməsinə səbəb olur. Nəticə etibarilə, Fransa parlamentində qəbul edilməyə çalışılan bu qətnamə regional sülh prosesinə töhfə vermək əvəzinə, gərginliyi artırmağa xidmət edir. Azərbaycan isə bu cür qərəzli təşəbbüslərə qarşı prinsipial mövqeyini qorumaqda və beynəlxalq hüquq çərçivəsində sülh quruculuğunu davam etdirməkdə qərarlıdır”.
Röya İsrafilova