Tramp 11 nəfəri əfv edib
14:49
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
12 Avqust 2025 12:00
5 432
“Cənab Prezident İlham Əliyev Vaşinqtonda imzalanan tarixi sənəddən sonra yerli kütləvi informasiya vasitələrinə müsahibəsi zamanı bir sıra mühüm məsələlərə toxundu və bildirdi ki, Ermənistanın üzərinə məsuliyyət düşür. Əlbəttə, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Xüsusilə Konstitusiyanın preambula hissəsində Azərbaycana qarşı ərazi iddiaları var. Onlar aradan götürülməlidir. Hüquqi aktlarda Azərbaycana qarşı heç bir ərazi iddiası olmamalıdır və bundan sonra istənilən zaman sülh müqaviləsi imzalana bilər”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Politoloq Ermənistanın bu prosesi yubatmamalı olduğunu vurğulayaraq əlavə edib ki, əldə olunan razılaşmadan boyun qaçırtmaq, ABŞ-yə və şəxsən Prezident Trampa qarşı böyük hörmətsizlik olacaq: “Çünki Tramp əlindən gələni etdi ki, regionumuzda dayanıqlı sülh olsun, təhlükəsizlik mühiti olsun, inkişaf, rifah üçün bazis formalaşsın. Əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri pozacaqsa, bu, Ermənistanı beynəlxalq miqyasda mənfi imicdə göstərəcək. Biz Ermənistanın xislətinə bələd olduğumuz üçün bu məsələnin sürətləndirilməsinin tərəfdarıyıq. Ermənistan üzərinə öhdəliklər götürüb, ev tapşırığını yerinə yetirməlidir və Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Məlumdur ki, ayrı-ayrı güc mərkəzləri Ermənistan mediası vasitəsi ilə, Ermənistanda müxtəlif şəxslər yolu ilə ictimai rəyə təsir etmək gücündədirlər və bu imkanlardan bu gün də geniş yararlanırlar. Lakin Ermənistan siyasi iradə nümayiş etdirməlidir”.
İ.Hüseynovun bildirdiyinə görə, Ermənistanın hakim komandası tarixi qərar verərək Konstitusiya dəyişikliklərini icra etməlidir: “Bu proses növbəti ili əhatə edir. Lakin indidən ictimai rəy hazırlanmalıdır. Bu istiqamətdə müxtəlif media orqanları fəal iş aparmalıdır. Nikol Paşinyanın özü və komandası geniş nitqlər söyləməlidir, opponentlər susdurulmalıdır. Onlarla arqumentləşdirilmiş dialoq formalaşdırılmalıdır ki, ictiami rəy referendumun müsbət nəticələri haqqında məlumatlı olsunlar, siyasi iradə nümayiş etdirərək referenduma getsinlər və öz rəylərini bildirsinlər. Düşünürəm ki, proses uğurlu nəticələnərsə, bu, bütün regionun xeyirinə olacaq”.
Röya İsrafilova