

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Əslində İran və İsrail arasında açıq savaş 2023-cü ilin oktyabr ayından başlanıb. O zaman da İranın proksi qüvvəsi və dəstəklədiyi HƏMAS-ın İsrailə hücümu nəticəsində Yaxın və Orta Şərqdə genişmiqyaslı savaşa start verilib. İsrail Qəzzadakı əməliyyatlarla bərabər, həm də Livan Hizbullahına ağır zərbələr vurub, onun rəhbər heyətini sıradan çıxarıb”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.
O.Qasımov qeyd edib ki, bundan əlavə HƏMAS ciddi şəkildə zəiflədilib, ardınca Yəməndə husilərə zərbələr endirilib və Bəşər Əsəd rejimi də devrilib: “Daha sonra İsrail İranın təhdidlərini və təhlükəsini aradan qaldırmaq üçün İrana 12 günlük hücumlar təşkil edib və kifayət qədər ağır zərbələr vurulub. Doğrudur, ABŞ Prezidentinin də səyləri nəticəsində tərəflər atəşkəsə gediblər və bu atəşkəs şifahi razılaşma əsasında həyata keçirilib. Nəzərə alsaq ki, tərəflər arasında münasibətlər onsuz da gərgin olaraq qalmaqdadır. Həm İran, həm də İsrail tərəfindən verilən açıqlamalar təhdidkar açıqlamalardır”.
Politoloq əlavə edib ki, o baxımdan biz hansısa bir məqamda tərəflər arasında yenidən bir-birinə qarşılıqlı zərbələr endirilməsi ilə bağlı davranışları görə bilərik: “Yəni bu təhlükə və ehtimal yüksək olaraq qalmaqdadır. Bir daha qeyd edirəm, çünki tərəflər arasındakı münasibətlər tam şəkildə qaydaya qoyulmayıb və nəzərə alsaq ki, İranın hərbi doktrinasında İsrailin bir dövlət olaraq yer üzündən silinməsi məsələsi var. İran rəsmiləri İsrailin varlığını qəbul etmək istəmirlər. Bu da tərəflər arasında münasibətləri gərginləşdirən əsas amildir”.
Röya İsrafilova