Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
21 Avqust 2025 13:09
5 278
“Rusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə yenidən zərbə endirməsi artıq təsadüfi əməliyyat təsiri bağışlamır. Avqustun 8-də SOCAR-ın neft bazasının vurulmasından sonra eyni hədəfin ikinci dəfə seçilməsi Moskvanın Azərbaycana qarşı aqressiyasının artdığını göstərir. Bu hücumlar təkcə texniki ziyan vurmaq məqsədi daşımır. Kreml bununla həm Ukraynada fəaliyyətin təhlükəli olduğunu nümayiş etdirmək, həm də Qərbə Ukraynaya dəstəyin mənasız olduğu mesajını vermək istəyir. SOCAR kimi nüfuzlu şirkətlərin hədəfə alınması isə informasiya müharibəsinin açıq hissəsidir – Ukrayna sərmayə məkanı kimi təhlükəli təqdim olunur”.
Bu, fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib.
T.Rzayevin sözlərinə görə, hadisə Azərbaycan-Rusiya münasibətlərində də dönüş nöqtəsi ola bilər: “Bakının əvvəlki xəbərdarlıqlarına baxmayaraq SOCAR obyektlərinin yenidən vurulması Moskvanın qarşıdurmanı dərinləşdirmək niyyətini göstərir. Bu isə Azərbaycanın balans siyasətindən daha sərt mövqeyə keçməsi ehtimalını gücləndirir”.
Politoloq əlavə edib ki, ilk hücumdan sonra Bakı Ukraynaya elektrik avadanlığı və maliyyə yardımı göndərmişdi: “Lakin görünür, bu, Kreml üçün ciddi siqnal olmayıb. İndi isə Azərbaycanın hərbi-texniki əməkdaşlıq, təlim və texnologiya dəstəyi kimi addımları nəzərdən keçirməsi istisna edilmir. Beləliklə, Azərbaycan sülhün tərəfdarı olsa da, Rusiya tərəfindən davamlı təzyiqlər qarşısında daha sərt mövqeyə yönələ bilər. Bu, yalnız Bakı üçün deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiyada oxşar təcrübə yaşayan ölkələr üçün nümunə olacaq”.
Röya İsrafilova
11:24
1 337
11:17
1 379
28 Avqust 17:35
1 519