

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Rusiya ilə Ermənistan arasında yaranan son gərginlik, ixrac məhsullarının “tibbi bəhanələrlə” geri qaytarılması sırf texniki məsələ deyil, siyasi xarakter daşıyan addımdır. Kreml uzun illərdir öz təsir dairəsində saxlamağa çalışdığı postsovet ölkələrinə qarşı iqtisadi alətləri təzyiq vasitəsi kimi istifadə edir. Ermənistanın hazırkı siyasi kursu isə Moskva üçün qəbulolunmazdır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov qeyd edib ki, Paşinyan hakimiyyəti açıq şəkildə Qərbə yaxınlaşır, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir, Fransa ilə hərbi əlaqələr qurur, KTMT-dən uzaqlaşmaq xəttini davam etdirir: “Bu proses fonunda Rusiya ənənəvi mesaj üsuluna əl atdı – iqtisadi embarqo. Yəni Moskva göstərmək istəyir ki, Ermənistanın bazarının böyük hissəsi hələ də Rusiyadan asılıdır və bu asılılıq istənilən an silaha çevrilə bilər. Əslində, bu addım təkcə İrəvana yönəlmiş xəbərdarlıq deyil. Kreml paralel olaraq digər postsovet ölkələrinə də siqnal göndərir: “kim Qərbə meyl edərsə, iqtisadi təzyiqlə üzləşəcək”. Bu metod Gürcüstanda, Moldovada sınanmışdı və indi də Ermənistan üzərində tətbiq olunur”.
Politoloqun sözlərinə görə, başqa tərəfdən, Moskva Ermənistanın yeni geosiyasi istiqamətindən narahatdır: “Çünki Qərb institutlarına yaxınlaşan bir Ermənistan artıq Rusiyanın regiondakı mövqelərini zəiflədir. Kreml bunun qarşısını almaq üçün həm siyasi, həm də iqtisadi kartlarını işə salır. Məhsulların geri qaytarılması da bu kartlardan sadəcə biridir. Görünən odur ki, Ermənistan-Rusiya münasibətləri yeni bir soyuqluq mərhələsinə qədəm qoyub. Moskva çalışır ki, iqtisadi yollarla İrəvanı “yerinə oturtsun”, amma reallıqda bu, Ermənistanı daha da Qərbə itələyir”.
Röya İsrafilova