

29 Avqust 09:09
27 Avqust 23:45
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sentyabrın 2-də bir qrup separatçı-revanşit Yerevanın mərkəzində keçmiş "Artsaxin" müstəqilliyini qeyd etməyi planlaşdırır. Ermənistan hakimiyyəti 8 avqustda Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıb və üçtərəfli Birgə Bəyannaməni imzalayıb. Ermənistanda Qarabağ məsələsini tam gündəlikdən çıxarır və ölkə ərazisində hərhansı bir separatçı hərəkətliliyə yol verməmək öhdəliyi götürüb.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, əgər, Yeravanın mərkəzində separatçılar mitinq edərsə, bu, Azərbaycana qarşı növbəti ərazi iddiaları olacaq. Bunun məsuliyyətini N. Paşinyan hökuməti daşıyacaq:
"Ermənistan hökumətinin 2 sentyabrda üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyi məlum olacaq.
Qeyd edim ki, Ermənistan daima "Qərbi Azərbaycan" icması ilə bağlı narahatlıqlarını vurğulayıb. Bunun Ermənistana qarşı ərazi iddiaları kimi xarakterizə edib. Rəsmi Bakı Qərbi Azərbaycan icması ilə bağlı müəyyən addımlar atıb. Artıq Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyəti yoxdur. Ermənistan hakimiyyəti Yerevanda "Artsax" nümayəndəliyini ləğv etməli və separatçı çağırışlar edənləri cinayət məsuliyyətinə cəlb etməlidir".
Cavid